Operativ Məlumat Mərkəzi

Kəlbəcərdə terror aktının qarşısı alınıb

1 dəq
Paylaş:
Kəlbəcərdə terror aktının qarşısı alınıb

Sentyabrın 13-ü saat 19:00 radələrində sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin -diversiya qrupu -təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.

Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax