Operativ Məlumat Mərkəzi

Kanadanın maliyyə naziri və XİN başçısı Tramp administrasiyası ilə məsləhətləşmələr üçün ABŞ-yə gedir

2 dəq
Paylaş:
Kanadanın maliyyə naziri və XİN başçısı Tramp administrasiyası ilə məsləhətləşmələr üçün ABŞ-yə gedir

Kanada naziri Melani Joli və maliyyə naziri Dominik cümə günü ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə görüşmək üçün ABŞ-yə gələcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Telekanal maliyyə nazirinin kommunikasiya üzrə direktoru Jan-Sebastyan Komyoya istinadən bildirib ki, Joli və Leblan noyabrda ölkənin Castin Trüdonun Trampla Mar-a-Laqodakı (Florida ştatı) iqamətgahında müzakirə etdiyi məsələlər üzrə məsləhətləşmələri davam etdirmək niyyətindədirlər.

“Fox News” telekanalının məlumatına görə, həmin görüşdə Tramp Trüdoya Kanadadan idxal olunan mallara rüsum tətbiq edəcəyini deyib. Öz növbəsində gələcək Amerika administrasiyasının başçısına bu cür tədbirlərin Kanada iqtisadiyyatını məhv edəcəyini vurğulayıb. Tramp isə cavabında Kanadanın ABŞ-nin 51-ci ştatı ola biləcəyini söyləyib. Telekanal qeyd edib ki, bu söz Trüdoda əsəbi gülüş doğurub. Daha sonra o zaman Kanadanın ictimai naziri olan Dominik Leblan jurnalistlərə bildirib ki, Tramp, əslində, Kanadaya hədə-qorxu gəlməyib, sadəcə zarafat edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax