Əsas məzmuna keç

Kanada Rusiya səfirini Navalnının ölümü ilə bağlı XİN-ə çağırıb

Kanada Rusiya səfirini Navalnının ölümü ilə bağlı XİN-ə çağırıb

bu barədə xarici KİV məlumat yayıb. Məsələ ilə bağlı Kanada hökumət sözçülərindən İzabella Orozko-Madison açıqlama verib. Orozko-Madison bildirib ki,...

Kanada Oleq Stepanovu Aleksey Navalnının həbsxanada ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.

"Operativ Məlumat Mərkəzi -OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məsələ ilə bağlı Kanada hökumət sözçülərindən İzabella Orozko-Madison açıqlama verib.

Orozko-Madison bildirib ki, Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Ottavadakı səfiri Stepanova Navalnının ölümü ilə bağlı “tam və şəffaf” araşdırma aparılmalı olduğu barədə məlumat verilib.

Digər siyasi məhbuslarla bağlı narahatlıqların da dilə gətirildiyini qeyd edən Orozko-Madison, "Kanada Navalnıya qarşı insan haqlarının pozulmasında iştirak edənlərə sanksiya tətbiq edib. Onun ölümünə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün tərəfdaşlarımıza qoşulacağıq", - deyə qeyd edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…