Əsas məzmuna keç

Kanada baş naziri ABŞ-Rusiya sammitini dəstəklədi

Kanada baş naziri ABŞ-Rusiya sammitini dəstəklədi

Kanadanın baş naziri Mark Karni böhranının sülh yolu ilə həlli istiqamətində keçiriləcək ABŞ-Rusiya sammitini dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Karni ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan telefon danışığından sonra hökumətin yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunur ki, Trampın və ABŞ-ın qarşıdakı danışıqlar çərçivəsində Ukraynada sülhün təmin olunması üçün atdığı addımları alqışlayıb. Karni həmçinin avqustun 10-da Avropa İttifaqı liderlərinin Trampın Ukraynada hərbi əməliyyatlara son qoymaq səylərinə verdiyi dəstəyi təsdiqləyib.

Zelenski ilə söhbətdə Kanada hökumət başçısı Qərbin Rusiyaya təzyiqlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb və Ukrayna böhranının həlli üçün Avropa “istəklilər koalisiyası” və ABŞ ilə sıx aparacaqlarını bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…