Operativ Məlumat Mərkəzi

"Kamboca ilə heç bir danışıq olmayacaq"

2 dəq
Paylaş:
"Kamboca ilə heç bir danışıq olmayacaq"

Taylandın Anutin Çanvirakun iki ölkə arasındakı sərhəddə gərginləşmiş vəziyyətin həlli ilə bağlı Kamboca ilə aparmaq imkanını istisna edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Kamboca Taylandın suverenliyini təhdid etməməlidir. Bu andan etibarən heç bir danışıqlar olmayacaq. Əgər biz döyüşlərin dayandırılmasını istəyiriksə, Kamboca tərəfindən müəyyən edilmiş kursa əməl etməlidir”, – o qeyd edib.

Tayland Krallığının ordusu əvvəlcə məlumat verib ki, sərhəddə Kamboca ilə qarşıdurmalar nəticəsində bir tayland hərbçisi olub, daha dördü yaralanıb. Ordunun məlumatına görə, Kamboca qüvvələri yerli vaxtla saat 05:00-dan Tayland mövqelərini atəşə tutub. Tayland Hava Qüvvələri bazar ertəsi Kamboca Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. Yayılmış məlumatda vurğulanır ki, zərbələr hərbi infrastruktur, silah anbarları, komanda məntəqələri və logistika yollarına endirilib.

Tayland Quru Qoşunlarının ikinci hərbi dairəsi də məlumat verib ki, Kamboca BM-21 reaktiv yaylım atəş sistemlərindən istifadə edərək Tayland ərazilərini atəşə tutub. Bu atəş nəticəsində xəsarət alan və ya həlak olanlar barədə məlumat verilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax