Əsas məzmuna keç

Jakip Asanov: Məntəqədə sakit mühit, bayram əhvali-ruhiyyəsi hökm sürür

Jakip Asanov: Məntəqədə sakit mühit, bayram əhvali-ruhiyyəsi hökm sürür

bu barədə MDB Parlamentlərarası Assambleyasının (PA) missiyasının rəhbəri Jakip Asanov jurnalistlərə deyib. “Bu seçki məntəqəsi açılmazdan öncə seçki...

Mərkəzi Komissiyası (MSK) xeyli iş görüb və bunun sayəsində seçkilərin uğurlu təşkili mümkün olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə MDB Parlamentlərarası Assambleyasının (PA) missiyasının rəhbəri Jakip jurnalistlərə deyib.

“Bu seçki məntəqəsi açılmazdan öncə seçki qutularına baxış keçirdik və onların möhürləndiyinə əmin olduq. Səsvermə kabinələrinə və ümumiyyətlə, seçki məntəqəsində işin necə təşkil olunduğuna baxdıq, seçki məntəqə komissiyasının sədri ilə də söhbət etdik”, – o vurğulayıb.

J.Asanov qeyd edib ki, səsvermə başlayandan sonra seçicilər arasında sakit ab-hava, əhvali-ruhiyyəsi müşahidə olunub.

“Biz seçki məntəqəsinin açılışından xeyli tez gəlmişik, lakin artıq burada nə qədər insanın toplaşdığının və 8 saat seçki məntəqəsinin açılışını gözlədiyinin şahidi olduq”, – o əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…