Əsas məzmuna keç

İtaliyanın Baş naziri Parisə rəsmi səfərə gedəcək

İtaliyanın Baş naziri Parisə rəsmi səfərə gedəcək

bu barədə “Euractiv France” məlumat yayıb. Görüş zamanı tərəflər iki ölkə arasında problemli məsələləri və Ukraynaya dəstəyi müzakirə edəcəklər. Qeyd...

İtaliyanın Baş naziri Meloni bu gün Parisə rəsmi səfərə gedəcək və Fransa Prezidenti Makronla görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “ France” məlumat yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında problemli məsələləri və Ukraynaya müzakirə edəcəklər.

Qeyd olunub ki, Meloninin vəzifəsinə təyin olunmasından ötən dövr ərzində Fransa-İtaliya arasında münasibətlərinin gərgin olması səbəbi ilə bu, onun Fransaya ilk səfəridir.

O da əlavə olunub ki, liderlər ikitərəfli münasibətləri, o cümlədən narahatlıq doğuran məsələləri və gələcəkdə də Ukraynaya birgə dəstəyi müzakirə etməyi planlaşdırırlar.

Ölkə liderləri həmçinin, 29-30 iyun tarixlərində keçiriləcək Avropa Şurasının sammiti və 11-12 iyul tarixlərində baş tutacaq NATO sammitindən əvvəl öz mövqelərini koordinasiya edəcəklər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…