Əsas məzmuna keç

İtaliyada lentlə yapışdırılan banan 6,2 milyon dollara satılıb

İtaliyada lentlə yapışdırılan banan 6,2 milyon dollara satılıb

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb. "Operativ Məlumat...

İtaliyalı Maurisio Kattelanın - divara lentlə yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə “Sotheby's" hərrac evinin “X” sosial şəbəkəsində səhifəsində məlumat verilib.

"Dünyanın ən sensasiyalı indicə 6,2 milyon dollara satılıb", - paylaşımda deyilir. “Komediyaçı” instalyasiyasının təxmini dəyəri 1-1,5 milyon dollar arasında müəyyən edilib. Nəticədə lot Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin tərəfindən alınıb.

"Mən indicə banan aldığımı elan etməkdən həyəcanlıyam", - Castin San “X”də yazıb. "Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - o əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…