Əsas məzmuna keç

İtaliya XİN rəhbəri: “Fransadakı iğtişaşlar digər ölkələrə yayıla bilər”

İtaliya XİN rəhbəri: “Fransadakı iğtişaşlar digər ölkələrə yayıla bilər”

XİN rəhbəri bunu “Rai3” telekanalının efirində bildirib. “Biz bu zorakılığın yağ ləkəsi kimi İsveçrə və Belçikaya yayılmasının qarşısını almalıyıq”, -...

İtaliyanın naziri, baş nazirin müavini Antonio Fransada kütləvi iğtişaşların fransızdilli ölkələrə yayılacağı riski barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN rəhbəri bunu “Rai3” telekanalının efirində bildirib.

“Biz bu zorakılığın yağ ləkəsi kimi İsveçrə və Belçikaya yayılmasının qarşısını almalıyıq”, - deyə Tayani bildirib.

Diplomat qeyd edib ki, qətlə yetirilən gəncin nənəsi Fransada etiraz aksiyaları ilə bağlı çağırışı edib. Bundan əlavə, XİN rəhbəri hesab edir ki, etirazlara rəvac verən şəxslər təcrid olunmalıdır. A.Tayaninin qənaətincə, iğtişaşlarda manipulyasiya elementi hiss olunur.

Qeyd edək ki, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yeniyetmənin öldürülməsindən sonra başlayan zamanı son üç gündə Fransa polisi 3200 nəfəri saxlayıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…