Əsas məzmuna keç

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsveçrə Şurasının sözçüsü və vitse-kansler Andre Simonazzi dağlarda zamanı ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin portalında dərc olunan məlumatda bildirilir.

Məlumata görə, 55 Simonazzi mayın 10-da dağlarda gəzinti zamanı huşunu itirib və daha sonra vəfat edib. Onun arvadı və üç övladı var.

Hökumət Federal Şuranın və İsveçrənin Federal Kanslerinin siyasətçinin ailəsinə və yaxınlarına başsağlığı verdiyini bildirib. Simonazzinin yaxınları mediadan onlarla əlaqə saxlamamağı və yaslarına hörmətlə yanaşmağı xahiş ediblər.

Qeyd edək ki, Andre Simonazzi 2008-ci ilin noyabrında vitse-kansler və İsveçrə Federal Şurasının sədri təyin edilib. 2009-cu il yanvarın 1-dən hökumətin iclaslarında iştirak edir, kommunikasiyalarla məşğul olur. Federal Kanslerdə bir neçə departamentə və xidmətinə rəhbərlik edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…