Operativ Məlumat Mərkəzi

İsveç və Hollandiya Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırdı

1 dəq
Paylaş:
İsveç və Hollandiya Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırdı

İsveç və Hollandiya Avropa İttifaqını ( Aİ ) baş verən böhran fonunda İsrail və HƏMAS-a qarşı etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə ''Sveriges Radio'' məlumat yayıb.

Məlumata görə, bu ölkələrin nazirləri Aİ diplomatiyasının rəhbəri Kaya Kallasa müvafiq məktub göndəriblər.

Məqalədə deyilir: “İsveç və Hollandiya məktubda Qəzza zolağında humanitar böhranın aradan qaldırılması üçün Aİ-nin İsrail və HƏMAS-a qarşı sanksiyalar tətbiq etməsini tələb edir.

Məktubda HƏMAS-ın siyasi rəhbərliyinə qarşı sanksiyaların tətbiqindən, həmçinin İsraillə ticarət əlaqələrinin dondurulmasından bəhs edilir. Bundan əlavə, sənəd İordan çayının qərb sahilini işğal etmək planını dəstəkləyən “ekstremist düşüncəli” israilli nazirlərə qarşı şəxsi məhdudiyyətlərin tətbiqini tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax