Operativ Məlumat Mərkəzi

"Yekaterinburqda baş verənlərlə bağlı Rusiya qurumlarına tapşırıq göndərmişik"

3 dəq
Paylaş:
"Yekaterinburqda baş verənlərlə bağlı Rusiya qurumlarına tapşırıq göndərmişik"

“Yekaterinburqda azərbaycanlıların öldürülməsi ilə bağlı hazırki tarixə qədər bizim qurumuna Rusiyanın səlahiyyətli orqanlarından hər hansı və məlumat göndərilməyib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bubu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bu gün keçirilən brifinqdə deyib.

Nemət Əvəzov qeyd edib ki, ölüm faktı varsa, bu fakt -axtarış fəaliyyətini həyata keçirən dövlət qurumunun binasında və yaxud onun avtomobilində qeydə alınıbsa, bu, mütləq araşdırılmalı hadisədir: "Meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib, bu da onu göstərir ki, Rusiyadakı həmkarlarımız da artıq araşdırmaya başlayıb. Əməliyyat qurumlarının səlahiyyətli şəxsi tərəfindən belə zorakılığın tətbiqi nəticəsində hər hansı bir şəxs işgəncələrə məruz qalıb öldürülürsə, bu, xüsusilə ağır cinayətdir. Biz ilkin dəlillər, sübutlarlar üzrə 2002-ci il Konvensiyasının tələblərinə uyğun olaraq, Rusiyanın aidiyyəti qurumlarına tapşırıq . Həmin tapşırıqda da biz Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, sənədlərin toplanmasını, baxışların keçirilməsini xahiş etmişik. Rusiya da həmin Konvensiyaya qoşulub. Ümid edirik ki, Konvensiyanın tələblərinə uyğun olaraq, çox yaxın vaxtlarda Rusiyalı həmkarlarımız tərəfindən daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlanılacaq. Törədilmiş cinayətin obyektiv istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması üçün qarşılıqlı təmas yaradılaraq səylərimizi davam etidirəcəyik. Ümid edirik bütün təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax