Operativ Məlumat Mərkəzi

İstanbul sahillərində Azərbaycan bayrağı altında üzən tankerdən “həyəcan siqnalı” alınıb - YENİLƏNİB

2 dəq
Paylaş:
İstanbul sahillərində Azərbaycan bayrağı altında üzən tankerdən “həyəcan siqnalı” alınıb - YENİLƏNİB

İstanbulun Florya sahillərində Kiçikçəkməcə rayonunda müşahidə olunan küləkli səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.

ASCO-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.

Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.

Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.

Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.

***

İstanbulun Florya sahillərində biri , digəri isə Türkiyə altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax