Operativ Məlumat Mərkəzi

İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb

1 dəq
Paylaş:
İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox uşaq ölüb

İsrailin əməliyyatları etməsindən sonra 320-dən çox fələstinli uşaq həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı BMT-nin Uşaq Fonduna () istinadən məlumat yayıb.

UNICEF-in məlumatına görə, İsrailin Qəzzaya hücumlarını yenidən başlamasından bəri azı 322 uşaq öldürülüb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub. Bununla da bu ilin yanvarında qüvvəyə minmiş atəşkəs rejimini pozub. İsrail Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülən təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax