Operativ Məlumat Mərkəzi

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 65-ə çatdı

2 dəq
Paylaş:
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 65-ə çatdı

Atəşkəsi pozduğu bildirilən İsrailin Qəzza sektorunu bombalaması nəticəsində ən azı 65 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, ölənlərdən ən azı 20-si uşaqdır.

Televiziya hədəflər arasında yaşayış binaları və qaçqın düşərgələrinin olduğunu bildirib.

Çərşənbə axşamı İsrailin Benyamin Qəzza zolağına güclü endirilməsi barədə göstəriş verib. İsrailin Kanal 12-nin məlumatına görə, Netanyahu bu qərarı HƏMAS yaraqlılarının Qəzza zolağının cənubundakı Rəfah bölgəsində İsrail əsgərlərinə hücum edərək atəşkəsi pozmasından sonra rəsmiləri ilə görüşü zamanı verib. İsrail Müdafiə Qüvvələri anklavdakı bir neçə hərbi obyektə hücum edərək cavab verib.

HƏMAS isə bunun müqabilində ölən daha bir israilli girovun qalıqlarının təhvil verilməsini İsrailin pozuntularını əsas gətirərək təxirə salıb. O, Rəfahda baş verən atışmada hər hansı əli olduğunu təkzib edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax