Operativ Məlumat Mərkəzi

İsrailə silah tədarükünü dayandırmağa çağırdılar

2 dəq
Paylaş:
İsrailə silah tədarükünü dayandırmağa çağırdılar

Almaniyada elm, və vətəndaş cəmiyyəti sahələrindən olan bir çox sima hökumət rəsmilərinə ünvanladığı açıq məktubda İsrailə tədarükünün dayandırılmasını, Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsini və atəşkəsə nail olmaq üçün səylərin göstərilməsini istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məktubda bu məqalənin davam edən humanitar fəlakət və Almaniyanın bu silahlı münaqişədəki rolu ilə bağlı böyük narahatlıqla yazıldığı bildirilib.

Məktubda Qəzzada atəşkəsə nail olmaq üçün səylərin gücləndirilməsi, Qəzza zolağında mülki əhaliyə hərtərəfli humanitar yardımın göstərilməsi və hökumətinin İsrailə silah tədarükünü yenidən nəzərdən keçirməsi və dayandırması tələb olunub.

Həmçinin Qəzzada davam edən humanitar fəlakətlə bağlı narahatlıqlara diqqət çəkilib və Almaniya hüquq çərçivəsində hərbi cinayətlərin qarşısını almaq öhdəliyini yerinə yetirməməkdə günahlandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax