Operativ Məlumat Mərkəzi

İsrail XİN rəhbəri İrana sanksiyaların tətbiqinə çağırış edib

2 dəq
Paylaş:
İsrail XİN rəhbəri İrana sanksiyaların tətbiqinə çağırış edib

İsrailin naziri Gideon Saar İrana qarşı “” mexanizminin olunmasına çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bununla bağlı özünün “X” hesabında bildirib.

“Snapback mexanizmini aktivləşdirməyin vaxtı çatıb. Mən Avropa üçlüyünü İrana qarşı bütün sanksiyaları yenidən tətbiq etməyə çağırıram. İran elə indicə Atom Enerjisi üzrə Agentliklə əməkdaşlığı dayandırmaqla bağlı bəyanat verdi. Bu bütün beynəlxalq öhdəliklərin inkar edilməsidir. Beynəlxalq ictimaiyyət qətiyyətli addımlar atmalı və İranın nüvə ambisiyalarını dayandırmaq üçün bütün vasitələrdən istifadə etməlidir”, - nazir qeyd edib.

Qeyd edək ki, “Snapback” mexanizmi və ya sanksiyaların avtomatik qaytarılması BMT Şurasının 2015-ci ildə İranla nüvə sazişini təsdiqləyən 2231 saylı Qətnaməsində təsbit edilib. Bu, sazişdə iştirak edən hər hansı dövlətə, onların fikrincə, sazişin şərtlərini pozduğu təqdirdə İrana qarşı beynəlxalq sanksiyaları geri qaytarmağa imkan verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax