Operativ Məlumat Mərkəzi

İsrail səfirliyi qarşısında intihara cəhd olub

1 dəq
Paylaş:
İsrail səfirliyi qarşısında intihara cəhd olub

İsrailin ABŞ- səfirliyi qarşısında intihara hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda binasının qarşısında adı açıqlanmayan bir nəfər yandırıb.

Yanğın ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən söndürülüb, özünü yandıran şəxs isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Aidiyyəti orqanlar hadisə ilə bağlı araşdırmaya başlayıb.

İsrail Xarici İşlər Nazirliyi açıqlamasında bu şəxsin səfirlik əməkdaşlarına məlum olmadığını bildirib.

ABŞ-də İsrail diplomatik missiyasının qarşısında kiminsə özünü yandırması ilk dəfə deyil. Dekabr ayında ABŞ-ın Corciya ştatında İsrail konsulluğu qarşısında Fələstin bayraqlı ortayaşlı bir kişi özünü yandırmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax