Operativ Məlumat Mərkəzi

İsrail ötən gün humanitar yardım daşıyan 240 yük maşınının Qəzzaya daxil olduğunu açıqlayıb

1 dəq
Paylaş:
İsrail ötən gün humanitar yardım daşıyan 240 yük maşınının Qəzzaya daxil olduğunu açıqlayıb

Fələstin ərazilərində hökumətin fəaliyyətlərini koordinasiya edən İsrail Müdafiə Nazirliyinin bölməsi ötən gün ərzaq, su və dərman 240-a yaxın yük maşınının keçid məntəqələrindən Qəzzaya daxil olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Yanvarın 18-də ümumilikdə 240 maşını yoxlanılaraq Qəzzaya aparılıb", - COGAT "X" açıqlamasında bildirib.

Humanitar yardım daşıyan 101 yük maşını Rəfah sərhəd qapısından bölgəyə, 139 yük maşını isə Kerem Şalom vasitəsilə Qəzzaya keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax