Əsas məzmuna keç

İsrail ordusu Qəzzanın şimalında İndoneziya xəstəxanasını yandırıb

İsrail ordusu Qəzzanın şimalında İndoneziya xəstəxanasını yandırıb

İsrail ordusu 17 gündür hücum və mühasirədə saxladığı Qəzza zolağının şimalında İndoneziya xəstəxanasını birbaşa hədəfə alaraq atəşə tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

İsrail ordusunun birbaşa olaraq İndoneziya xəstəxanasını hədəfə aldığı və xəstəxana binasının içini yandırdığı qeyd edilib.

Açıqlamada İsrail ordusunun xəstəxanaya hücumu pislənilib.

Təşkilatına bağlı qurum və təşkilatlara bəyanatda “xəstəxanaları və tibb işçilərini qoruyun” çağırışı təkrarlanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…