Operativ Məlumat Mərkəzi

İsrail ordusu Fələstin düşərgəsində bir qrup silahlının məhv edildiyini açıqlayıb

2 dəq
Paylaş:
İsrail ordusu Fələstin düşərgəsində bir qrup silahlının məhv edildiyini açıqlayıb

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Nablus şəhərində “Balata” fələstinli qaçqınlar düşərgəsində gecə keçirilən əməliyyatı zamanı hava zərbəsi nəticəsində bir neçə silahlını məhv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Ordusu və İsrail Baş Xidməti Nablus şəhərindəki “Balata” düşərgəsində bir neçə terrorçunu məhv edib və dinc israillilərə qarşı terror hücumlarının qarşısını alıb. “Balata”da gecə keçirilən antiterror əməliyyatı zamanı Müdafiə Ordusunun uçan aparatı İsrailin mülki əhalisinə və hərbi obyektlərinə qarşı terror hücumlarının planlaşdırılmasında iştirak edən terrorçuların istifadə etdiyi sığınacaqa zərbə endirib. zamanı öldürülən terrorçular arasında Nablus bölgəsində atışmalarda iştirak etmiş və gələcək terror fəaliyyətlərini planlaşdıran Məhəmməd Zahed də var”, - məlumatda deyilir.

Qeyd olunub ki, M.Zahed “Balata” düşərgəsində gənclərdən ibarət terror qruplaşması yaradıb, onları İsrail hərbçilərinə qarşı terror fəaliyyətləri üçün partlayıcı və silahlarla təmin edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax