Operativ Məlumat Mərkəzi

İsrail Müdafiə Qüvvələri yanvarın 19-da səhər Qəzzadan girovların qəbuluna hazırlaşır

2 dəq
Paylaş:
İsrail Müdafiə Qüvvələri yanvarın 19-da səhər Qəzzadan girovların qəbuluna hazırlaşır

İsrail hərbçiləri razılaşması çərçivəsində yanvarın 19-da səhər azad edilməli olan girovların qəbuluna görürlər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Qüvvələri yanvarın 18-də siyasi rəhbərlik tərəfindən təsdiqlənmiş girovların qaytarılması haqqında razılaşmanın həyata keçirilməsinə hazırlaşır. Saziş yanvarın 19-da saat 08:30-da qüvvəyə minəcək və İsrail Müdafiə Qüvvələrinin bölmələri onun çərçivəsində yerlərdə prosedurları həyata keçirəcək", - məlumatda deyilir.

Hərbçilər azad edilənlərə müvafiq fiziki və psixoloji dəstək göstərəcəklər.

"İsrail Müdafiə Qüvvələri həmçinin bütün İsrail vətəndaşlarının, xüsusən də Qəzza zolağı yaxınlığındakı yaşayış məntəqələrində yaşayanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində işi davam etdirəcək", - məlumatda qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax