Əsas məzmuna keç

İsrail HƏMAS-ın Qəzzada hakimiyyəti saxlamasına icazə verməyəcək

İsrail HƏMAS-ın Qəzzada hakimiyyəti saxlamasına icazə verməyəcək

İsrail hərəkatının əməliyyatlar başa çatdıqdan sonra hakimiyyəti əlində saxlamasına imkan verməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İsrailin naziri Gideon Saar Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas ilə telefon danışığında bildirib.

“Mən Aİ-nin Xarici Əlaqələr və Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallası HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə dair əldə olunan razılaşma barədə məlumat verdim, bu razılaşma hərbi kabinetin iclasında müzakirə olunacaq, sonra isə hökumətin iclasında səsverməyə çıxarılacaq. Biz müharibədən sonra HƏMAS-ın Qəzzadakı hakimiyyətini qəbul etməyəcəyik, çünki bu, İsrailin təhlükəsizliyini təhdid edəcək və fələstinlilərin öz həyatını məhv etməyə davam edəcək”, - deyə o bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…