Operativ Məlumat Mərkəzi

İsrail gecə saatlarında Tehrandakı hərbi və nüvə obyektlərinə zərbələr endirib

1 dəq
Paylaş:
İsrail gecə saatlarında Tehrandakı hərbi və nüvə obyektlərinə zərbələr endirib

İsrail Qüvvələri ötən gecə Tehranda hərbi təyinatlı raketlərin edildiyi və nüvə tədqiqatlarının aparıldığı obyektlərə endirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə ölkənin ordusunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 60-dan çox qırıcının iştirak etdiyi hava reydi kəşfiyyat məlumatlarına əsaslanıb və bu zaman 120 ədəd raketdən istifadə olunub.

İsrail Ordusundan həmçinin qeyd olunub ki, nəticəsində İran tərəfindən buraxılmış 4 ədəd pilotsuz uçuş aparatı sıradan çıxarılıb.

Eyni zamanda İranın Müdafiə Sahəsində Tədqiqatlar və İnnovasiya Mərkəzi də aviazərbələrə məruz qalıb.

Qeyd edək ki, bu mərkəz 2011-ci ildə İranın nüvə proqramının banisi hesab edilən Mohsen Fəxrizadə tərəfindən təsis edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax