Əsas məzmuna keç

İsrail bu gün Rəfah sərhəd-keçid məntəqəsini açacaq

İsrail bu gün Rəfah sərhəd-keçid məntəqəsini açacaq

bu barədə İsrailin "Kan" televiziyası məlumat yayıb. Bundan əvvəl sərhədin açılmasının gecikə biləcəyi ilə bağlı narahatlıqlar mövcud idi. Lakin qərarın...

İsrail hökuməti əldə razılaşmasına uyğun olaraq bu gün sərhəd-keçid məntəqəsini yenidən açmaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin "Kan" televiziyası məlumat yayıb.

Bundan əvvəl sərhədin açılmasının gecikə biləcəyi ilə bağlı narahatlıqlar mövcud idi. Lakin qərarın dəyişdirildiyi bildirilir. Bu, HAMAS-ın çərşənbə axşamı gecəsi dörd israilli girovun cəsədini qaytarmasından və bu gün daha bir neçə cəsədin qaytarılacağına söz verməsindən sonra baş verib.

Qeyd edək ki, Rəfah keçidi Qəzzaya humanitar yardımın daxil olması üçün həyati daşıyan marşrut sayılır. Hadisələrin gedişinə uyğun olaraq vəziyyətlə bağlı əlavə məlumatların verilməsi gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…