Operativ Məlumat Mərkəzi

İspaniyada həddindən artıq istilər 1060 nəfərin ölümünə səbəb olub

1 dəq
Paylaş:
İspaniyada həddindən artıq istilər 1060 nəfərin ölümünə səbəb olub

İspaniya iyul ayında ölkədə həddindən artıq isti hava şəraitinin 1060 nəfərin ölümünə səbəb olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57 faiz artım deməkdir.

Nazirliyin Gündəlik Həddinə Nəzarət Sistemi (MoMo) tərəfindən toplanan məlumatlara əsasən, dünyasını dəyişənlərin əksəriyyəti yaşı 65-dən yuxarı olan və xroniki xəstəliklərdən çəkən şəxslərdir.

Eyni zamanda, İspaniya Meteorologiya İnstitutu (AEMET) avqustun 3-dən etibarən ölkəyə yeni isti dalğasının daxil olduğunu bildirib. Gözlənilir ki, dalğa həftəsonuna qədər davam edəcək.

Bu səbəbdən ölkənin 17 muxtar icmasından 10-da fövqəladə vəziyyət planı çərçivəsində istilərə və meşə yanğınlarına qarşı xəbərdarlıq səviyyəsi artırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax