Operativ Məlumat Mərkəzi

İspan polisi 35 ölkəyə narkotik satan dəstənin üzvlərini həbs edib

1 dəq
Paylaş:
İspan polisi 35 ölkəyə narkotik satan dəstənin üzvlərini həbs edib

İspaniya polisi külli-miqdarda narkotik vasitənin ticarəti ilə olan transmilli şəbəkənin üzvlərini həbs edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “El Periodico”ya istinadən xəbərinə görə, ABŞ, Böyük Britaniya, Almaniya, Latviya, Polşa, İtaliya və Dominikan daxil olmaqla, 35 ölkəyə marixuananın ixracı və satışını təşkil edən öz işini tibbi preparatlar satmaq pərdəsi altında qurub.

Onlar bu üsulla ümumilikdə 645 milyon avro qazanc əldə ediblər.

Şəbəkə dərman vasitəsi adı ilə pərdələdiyi narkotik vasitənin reklam kampaniyası üçün yerli musiqi qruplarının xidmətlərindən istifadə edib.

Polisin məlumatına əsasən, nəticəsində cinayətkar şəbəkənin 58 min 600 avro, eləcə də 116 min 300 avro məbləğlərindəki kriptovalyuta hesabına da həbs qoyulub.

O da qeyd edilib ki, dəstə üzvlərinin 2,6 milyard avroluq daşınmaz məhkəmənin qərarı ilə möhürlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax