Operativ Məlumat Mərkəzi

İşğaldan azad edilmiş ərazilərə 2025-ci ilin köç qrafiki müzakirə edilib

2 dəq
Paylaş:
İşğaldan azad edilmiş ərazilərə 2025-ci ilin köç qrafiki müzakirə edilib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahınının...

Azərbaycanın işğaldan azad ərazilərə 2025-ci ilin köç müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahınının İdarələarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun sədrliyi ilə keçirilən iclasda Prezidentinin xüsusi nümayəndələri, Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İşçi Qrupun üzvləri iştirak edib.

İclasda məntəqələrində kənd təsərrüfatına yararlı torpaqların planlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2024-cü ilin sonunadək əhalinin köçü nəzərdə tutulan yaşayış məntəqələrində görülən işlərin cari vəziyyəti, 2025-ci ilin köç qrafiki və digər məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax