Əsas məzmuna keç

İraqın rabitə naziri Hayam əl-Yasiri Bakıya səfər edib

İraqın rabitə naziri Hayam əl-Yasiri Bakıya səfər edib

İraqın rabitə naziri əl-Yasiri Bakıya səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İraq mediasına istinadən xəbər verir. Məlumata görə, səfərin məqsədi və İraq arasında razılaşmaların və Anlaşma Memorandumlarının vəziyyətini müzakirə etmək, eləcə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirməkdir.

O həmçinin, Bakıda Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında iştirak edəcək.

Görüşlər çərçivəsində Azərbaycanla kommunikasiya və rəqəmsal texnologiyalar sahəsində birgə layihələr, qarşılıqlı təcrübə mübadiləsi və yeni əməkdaşlıq istiqamətləri üzrə danışıqlar aparılacağı gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…