Operativ Məlumat Mərkəzi

İraq nümayəndə heyəti Ali Məhkəmədə olub

2 dəq
Paylaş:
İraq nümayəndə heyəti Ali Məhkəmədə olub

Ali Məhkəmədə İraq Respublikasının ilə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iyulun 4-də Respublikası Ali Məhkəməsinin dəvəti ilə Bakıda səfərdə olan İraq Ali Şurasının sədri Faiq Zidanın başçılıq etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş keçirilib.

Ali Məhkəmənin və Məhkəmə- Şurasının sədri İnam Kərimov Azərbaycan məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. Məhkəmə sistemində yeni informasiya texnologiyalarından istifadə edildiyi, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırıldığı, qanunvericiliyin təkmilləşdirildiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, hazırda məhkəmələrin müasir tələblərə uyğun qurulması, mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, məhkəmə-hüquq sistemləri arasında əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi zamanın tələbidir.

İraq nümayəndə heyətinin rəhbəri Faiq Zidan ikitərəfli əlaqələri yüksək qiymətləndirib, iki ölkə arasında məhkəmə-hüquq sahəsində münasibətlərin daha da genişlənməsi üçün imkanların olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda məhkəmə fəaliyyətinin təşkilati-hüquqi təminatının, müsbət təcrübəsinin öyrənilməsi xüsusi önəm daşıyır.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax