Qazaxıstan Prezidenti: COP29-da ölkələr iqlim gündəliyindəki məsələlərdə həmrəylik göstərə biləcəklər

Qazaxıstan Prezidenti: COP29-da ölkələr iqlim gündəliyindəki məsələlərdə həmrəylik göstərə biləcəklər
04.07.2024 17:12
Aa
dəq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkələrə iqlim gündəliyindəki məsələlərdə həmrəylik göstərməyə imkan verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada “ŞƏT plus” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

“Mövcud reallıqlarda ekologiya və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. Bu sahədə vəziyyət ciddi narahatlıq doğurur. Demək olar ki, bütün dövlətlərə böyük ziyan vuran müxtəlif təbii fəlakətlərin əhəmiyyətli dərəcədə artdığının şahidi olduq”, - Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, Qazaxıstan bu yaxınlarda daşqınlara məruz qalıb. Ekspertlərin fikrincə, bu daşqınların miqyası qlobal istiləşmə prosesi ilə birbaşa bağlıdır: “Aydındır ki, təkbaşına iqlim problemlərinin öhdəsindən gəlmək mümkün deyil. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət iqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində qətiyyətli kursu davam etdirməlidir. Lakin bütün dövlətlərin inkişafı və modernləşdirilməsi kimi aktual vəzifələrə xələl gətirməməlidir. İqlim gündəliyi məsələlərinə dair həmrəyliyimizi bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində göstərə biləcəyik”.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə bu tədbirin uğurla keçirilməsini arzulayıb: “Daxili su hövzələrinin deqradasiyası probleminin həlli üçün birgə tədbirlərin hazırlanmasına, eləcə də yeni suya qənaət texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilməlidir. Ölkələrimizin bu istiqamətdə birgə işi Tacikistanın təşəbbüsü ilə BMT tərəfindən elan edilmiş Beynəlxalq Buzlaqların Mühafizəsi ilinin məqsədlərinin həyata keçirilməsinə ŞƏT-in praktiki töhfəsi olacaq”.

Həftənin ən çox oxunanları

İlham Əliyevin adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

İlham Əliyevin adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib
DAVAMIN OXU davamın oxu

H.Fidan: Şuşa Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsinin rəmzidir

H.Fidan: Şuşa Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsinin rəmzidir
DAVAMIN OXU davamın oxu

Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb

Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: Ermənistanla sülh sazişi layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir

Ceyhun Bayramov: Ermənistanla sülh sazişi layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir
DAVAMIN OXU davamın oxu

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - YENİLƏNİB

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu