Operativ Məlumat Mərkəzi

İranın xarici işlər naziri Əraqçi Qrossi ilə görüşüb

1 dəq
Paylaş:
İranın xarici işlər naziri Əraqçi  Qrossi ilə görüşüb

İranın naziri Abbas Əraqçi Tehranda Atom Enerjisi Agentliyinin () direktoru Rafael Mariano Qrossi ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin bu görüşlə bağlı verdiyi açıqlamaya görə, Əraqçi Qrossi ilə MAQATE-nin İranla əməkdaşlığı və qarşılıqlı fəaliyyətlərinin hazırkı vəziyyəti və tərəqqisi barədə fikir mübadiləsi aparıb.

Əraqçi Qrossiyə MAQATE-nin bəzi tərəflərin ədalətsiz təzyiqlərindən təsirlənmədən öz vəzifə və öhdəlikləri çərçivəsində peşəkar və texniki rolunu oynamasının zəruriliyini çatdırıb və Agentlikdən İranın nüvə obyektlərinə qarşı təhdidlərlə bağlı aydın və mövqe nümayiş etdirməsini istəyib.

Əraqçi Qrossiyə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan nüvə danışıqları haqqında məlumat verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax