Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana narkotik və silah keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
İrandan Azərbaycana narkotik və silah keçirilməsinin qarşısı alınıb

Dekabr ayının 14-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığında sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-nin Mərkəzindən məlumat verilib.

Keçirilən sərhəd axtarışı və tədbirləri nəticəsində bağlamalarda ümumi çəkisi 11 kiloqram 970 qram marixuana, bir ədəd “Glock” markalı tapança, bir ədəd daraq və on iki ədəd patron aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax