Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - 12.06.2025

1 dəq
Paylaş:
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - 12.06.2025

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin ərazisində İran İslam Respublikasından Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 75 kiloqram 875 qram (48 kq 875 qram marixuana, 17 kq heroin, 8 kq metamfetamin, 2 kq tiryək) və 2000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax