Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - 24.07.2024

1 dəq
Paylaş:
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb - 24.07.2024

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Gömrük Komitəsinə istinadən məlumata görə, komitənin Gömrük İdarəsində İran istiqamətindən ölkəyə daxil olan vətəndaşının idarə etdiyi yük vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti həyata keçirilib.

Xidməti itin reaksiyasına əsasən avtomobil gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb və bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən - qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax