Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərhəd axtarışı və tədbirləri nəticəsində mart ayının 5-də saat 20:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 42 kiloqram 950 qram (39 kq 650 qram marixuana, 3 kq 300 qram tiryək) və 100 ədəd narkotik tərkibli metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax