Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, "Cənub-Astara" gömrük postunda İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri "kahı" ilə örtülən 191 ədəd bağlamadan xalis təmiz çəkisi 22 kiloqram 565 qram külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.