Operativ Məlumat Mərkəzi

İran yeni atom elektrik stansiyası tikəcək

2 dəq
Paylaş:
İran yeni atom elektrik stansiyası tikəcək

İranın neft naziri Möhsün Rusiyanın kreditlə İranda yeni atom stansiyası tikəcəklərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Məlumata görə, İran- Müştərək İqtisadi Komissiyasının 18-ci iclası üçün Moskvada olan İranın neft naziri Paknejad iclasın yekun iclasında məsələ ilə bağlı açıqlama verib.

Komissiya iclasının dostluq və qarşılıqlı anlaşma şəraitində keçdiyini bildirən Paknejad əlavə edib ki, İran və Rusiya Moskvanın krediti hesabına “nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, yeni atom elektrik stansiyalarının tikintisi və Buşəhr Atom Elektrik Stansiyasının ikinci və üçüncü fazalarının tamamlanmasında” əməkdaşlığı davam etdirəcəklər.

Paknejad İran və Rusiya arasında neft sənayesi və neft və qaz yataqlarının işlənməsi sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş əvvəlki razılaşmalara toxunaraq deyib: “Tehran və Moskva Qazprom ilə əməkdaşlıq müqavilələrinin həyata keçirilməsini və tamamlanmasını sürətləndirməyi hədəfləyirlər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax