Əsas məzmuna keç

İran İnqilab Keşikçiləri HƏMAS liderinin necə öldürüldüyünü açıqlayıb

İran İnqilab Keşikçiləri HƏMAS liderinin necə öldürüldüyünü açıqlayıb

Fələstinin qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə 7 kq ağırlığında başlığı ilə İsrail ordusunun mənzilli mərmisi ilə öldürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.

İran hərbçiləri ABŞ-ı Haniyənin öldürülməsinə dəstək verməkdə ittiham edib və lazımi vaxt və yerdə qisas alacaqlarına söz veriblər.

İsmayıl Haniyə iyulun 31-də İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində həyatını itirib. Qrup onun qətlində İsraili günahlandırıb, İsrail bunu rədd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…