Operativ Məlumat Mərkəzi

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür

2 dəq
Paylaş:
İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür

“Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Gürcüstanın İrakli jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü ümummilli əhəmiyyət kəsb edən məsələdir. Biz öz milli maraqlarımızı qorumalıyıq, lakin hökumətinin məsələyə baxışı qətiyyətlə sülhpərvərdir.

deyib ki, Gürcüstanın ərazi bütövlüyü ictimaiyyət tərəfindən tanınır və təbii ki, bu baxımdan öz milli maraqlarını qorumalıdırlar: “Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur. Ümid edirik ki, nə vaxtsa bunun həyata keçirilməsi reallaşacaq”.

Rusiya ilə münasibətlərə toxunan Kobaxidze deyib: “Gürcüstan hökuməti Rusiyaya qarşı praqmatik siyasət aparır və Rusiyanın Abxaziyanın və Tsxinvali regionunun qondarma müstəqilliyini tanıması səbəbindən indi diplomatik münasibətləri bərpa etməyin vaxtı deyil. Lakin biz Rusiya ilə ticarət-iqtisadi əlaqələri saxlayırıq və Rusiya Federasiyasına qarşı praqmatik siyasətimiz belə davam edəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax