Operativ Məlumat Mərkəzi

İqlim dəyişiklikləri ilə bağlı Cənubi Qafqaz ölkələrinin itkiləri açıqlanıb

2 dəq
Paylaş:
İqlim dəyişiklikləri ilə bağlı Cənubi Qafqaz ölkələrinin itkiləri açıqlanıb

İqlim dəyişiklikləri Qafqaz ölkələrində hər il təxminən 100 milyon ABŞ dollarından çox itkiyə səbəb olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Rolande Prays COP29 çərçivəsində keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” adlı tədbirdə bildirib.

“Dekarbonizasiya bu ölkələrdə üç əsas sahədə çətinliklərlə üzləşir. Bərpa olunan enerji imkanları tam istifadə edilmir, və isitmədə isə ənənəvi enerji mənbələrinə üstünlük verilir. Bu isə ilə mübarizədə əngəl yaradır. olaraq biz iqtisadiyyatın diversifikasiyasını və dözümlülüyünü təşviq edirik və hava çirklənməsinin azalmasının faydalarını vurğulamağa çalışırıq. Bu, ölkələrin həm iqtisadi maraqlarına, həm də sağlam gələcəyinə xidmət edir”, - deyə o qeyd edib.

R.Prays əlavə edib ki, regionda iqlim dəyişikliyi ilə bağlı iki əsas problem mövcuddur: bacarıq çatışmazlığı və iqlim maliyyəsinə çıxışın məhdud olması.

“Xüsusilə kiçik bələdiyyələr bu layihələr üçün maliyyə resursları tapmaqda çətinlik çəkir. Eyni zamanda, bu proqramların hazırlanması üçün kifayət qədər mütəxəssis yoxdur. Maliyyələşməni artırmaq üçün qrant resurslarının ayrılması vacibdir, xüsusilə də büdcəsi məhdud olan hökumətlərin layihələrini həyata keçirməsi üçün”, - deyə Dünya Bankının regional direktoru vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax