Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BP rəsmisi dövlət başçısına xoş arzularını çatdırıb

2 dəq
Paylaş:
BP rəsmisi dövlət başçısına xoş arzularını çatdırıb

Bp-nin , Gürcüstan və üzrə prezidenti Cio Kristofoli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab .

bp şirkəti adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda dünya miqyaslı enerji layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu layihələrin uğurlu icrasında Sizin davamlı dəstəyiniz, həmçinin SOCAR və Azərbaycan Hökuməti ilə qurulmuş etibarlı və strateji tərəfdaşlıq münasibətləri mühüm rol oynayır.

Biz SOCAR ilə uzunmüddətli tərəfdaşlığımızın qarşıdakı onilliklər ərzində daha da genişlənərək həm Xəzər regionunda, həm də onun hüdudlarından kənarda yeni imkanları yaradacağına əminik.

bp olaraq, Azərbaycanın enerji təhlükəsizliyinə, dayanıqlı inkişafına və regional əməkdaşlığın möhkəmləndirilməsinə bundan sonra da töhfə vermək öhdəliyimizə sadiq qalırıq.

Bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax