Operativ Məlumat Mərkəzi

İnam Kərimov: "Məhkəmə-hüquq sistemində islahatlar hər zaman dövlətin diqqət mərkəzində olub"

2 dəq
Paylaş:
İnam Kərimov: "Məhkəmə-hüquq sistemində islahatlar hər zaman dövlətin diqqət mərkəzində olub"

"Azərbaycanda -hüquq sistemində hər zaman dövlətin diqqət mərkəzində olub".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.

O bildirib ki, müstəqillik əldə etdikdən sonra dövlətçiliyin təməl prinsiplərindən sayılan qanunun aliliyinə, insan hüquqları və demokratik dəyərlərin qorunmasına xüsusi diqqət verir:

“Əsası Azərbaycan xalqının Ulu Öndəri tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan islahatlar nəticəsində ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında əsaslı dəyişikliklər baş verib, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda yeni məhkəmələr təşkil edilib, onların səlahiyyətləri genişləndirilib, sayı artırılıb, maddi təminatları yaxşılaşdırılıb, hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yenilənməsinə nail olunub”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax