Operativ Məlumat Mərkəzi

İmişlidə restoran sahibi cərimələnib

1 dəq
Paylaş:
İmişlidə restoran sahibi cərimələnib

Dövlət Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirləri zamanı İmişli şəhəri Lətif küçəsində fəaliyyət göstərən “Kral” restoranından havasına tüstünün yayıldığı müəyyən edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı obyektdə qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub.

“Faktla bağlı obyektin rəhbəri Elvar Usubov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax