Operativ Məlumat Mərkəzi

İlham Əliyevin İsrail Prezidentinə hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir

2 dəq
Paylaş:
İlham Əliyevin İsrail Prezidentinə hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir

İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzeti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da Respublikasına rəsmi səfəri zamanı İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məqalədə qeyd olunub ki, mənəvi əhəmiyyəti böyük olan iri ipək xalça Hersoqun öz şəxsi otağını bəzəyir.

Məqalədə deyilir: “Görüş zamanı İlham Əliyev Hersoqa dərin təşəkkürünü bildirib, şərəf və ehtiram olaraq ona gözəl toxunmuş xalça hədiyyə edib. İsrail Azərbaycanla bir neçə ildir müxtəlif səviyyələrdə sıx əlaqələrə malikdir. Ziyarət edən dövlət başçıları və digər nüfuzlu şəxslər Hersoqla təkbətək görüşən zaman xalçaya baxmaq imkanı əldə edəcəklər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax