Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub

2 dəq
Paylaş:
İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub

İlham Əliyev mayın 28-də Xocalı rayonunun Daşbulaq kəndində əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə fərdi evlərdə şəraitlə tanış olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, dövlət başçısına görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.

Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Onlar elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Qeyd edək ki, hərbi qulluqçuların evlərlə təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma ilk növbədə hərbi qulluqçuların, onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir. İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax