Əsas məzmuna keç

İlham Əliyev Talış kəndində Novruz tonqalını alovlandırıb

İlham Əliyev Talış kəndində Novruz tonqalını alovlandırıb

bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər...

İlham Əliyev Talış kəndinə gəlib, Novruz tonqalını alovlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İlham Əliyev, birinci xanım və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.

Sonra Talış kəndində Novruz tonqalını alovlandırıb və xalqını bayram münasibətilə təbrik edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…