Əsas məzmuna keç

İlham Əliyev səs verdi - FOTO

İlham Əliyev səs verdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib....

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev Bakı şəhərinin 7 saylı dairəsinin 6 nömrəli orta məktəbdə 1 saylı seçki məntəqəsində səs verib.

İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…