Operativ Məlumat Mərkəzi

İlham Əliyev: “İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər”

2 dəq
Paylaş:
İlham Əliyev: “İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər”

Mayın 19-da Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin görüşdə İlham Əliyev deyib: “Hörmətli cənab , mən hesab ki, bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq. İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir. Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbəti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox olacaqdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax