Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir

2 dəq
Paylaş:
İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda konfransın iştirakçılarına müraciətində deyilir.

qeyd edib ki, buna baxmayaraq, hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.

vurğulayıb ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib:

"Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax